Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Yapı Kredi Bank Azərbaycan"da bir çox rəqibini qısqandıracaq mənfəət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yapı Kredi Bank Azərbaycan"da bir çox rəqibini qısqandıracaq mənfəət!

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü “Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bank 2017-ci ili kifayət qədər uğurla başa vurub. 2017-ci ildə 10,1 milyon manat xalis mənfəət əldə edən bank, eyni zamanda məcmu kapitalını da 64 milyon manata qaldırıb.

 

Yapı Kredi Bank Azərbaycan Avropada tətbiq etdiyi idarə etmə modelini Azərbaycan iqtisadiyyatında da tətbiq edir və elə bu səbəbdən də, müştərilərinin etibarını hər ötən il daha da çox qazanır. Belə ki, 2017-ci ildə bankın depozit müştərilərinin sayı 17% artmışdır. 2016-ci ilin sonu ilə müqayisə etdikdə, 2017-ci ildə bankın yüksək likvidli aktivləri də 18% artaraq 298,1 milyon manata çatmışdır.

 

2017-ci ildə görülən işlərlə bağlı şərh verən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel:

 

“2017-ci il bankımız üçün fürsətlərlə dolu bir il oldu. Müştəri sayımızın artırılması və hər bir müştəriyə fərdi yanaşmaq üçün əlimizdən gələni etdik. Yeni məhsullar təqim etdik, müxtəlif kampaniyalar hazırladıq. Bu isə, müştəri sayımızın ciddi şəkildə artmasına gətirib çıxardı. 2018-ci ildə də, inkişaf edən iqtisadiyyatımızda yeni uğurlar qazanmağı hədəfləyirik.”

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

18.01.2018 08:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ