Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Qorunan həyət” konsepsiyasını təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qorunan həyət” konsepsiyasını təqdim edir

Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.

 

Reklam_3_11

Dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq.

 

Valideynlər uşaq meydançalarında qurulan xüsusi video müşahidə kameralarının köməyilə evdən öz övladlarına nəzarət edə biləcəklər. Xüsusi nəzarət sistemi hesabına yad insanların kompleksə birbaşa girişi və çıxışı yalnız icazə əsasında olacaq.

 

Həmçinin “Renessans Palace”da, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün “Avtomobilsiz həyət” prinsipi də əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulacaq. Həm sakinlərin özləri, həm də onların qonaqları üçün nəzərdə tutulan 3 mərtəbəli yeraltı qaraj isə məhz “avtomobilsiz həyat” yanaşmasını insanların rahatlığını pozmadan tətbiq etməyə imkan verəcək.

 

“AS Qrup İnvestment” tərəfindən neoklassik üslubda tikilən, qranit və boyanmış aqlayla üzlənən, 18 mərtəbəli, 4 binadan ibarət “Renessasn Palace” şəhərin prestijli ərazilərindən birində, metronun “Elmlər akademiyası” stansiyasının yaxınlığında Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində yerləşir. Yaşayış kompleksinin əsas yol qovşaqlarından bir qədər aralıda yerləşməsi də bu, kompleksin gələcək sakinləri üçün dinamik şəhər həyatının səs-küyündən uzaq, sakit və rahat bir mühitin yaradılması üçündür.

 

Yaşayış kompleksi barədə ətraflı məlumat renessanspalace.az saytında qeyd olunub.

 

18.01.2018 19:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ