Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Volkswagen Qrupunun satışları rekord səviyyəyə çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen Qrupunun satışları rekord səviyyəyə çatıb

Tərkibində bir çox marka olan Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW) Qrupundan verilən məlumata görə, Qrup 2017-ci ildə bütün zamanların ən yüksək avtomobil satışını həyata keçirib.
 

"Marja" xəbər verir ki, şirkətin dünya üzrə avtomobil satışları ötən il 4,3 faiz artaraq 10 milyon 741 min milyon ədədə çatıb. Qrup, 2017-ci ildə təkcə Avropadakı müştərilərə 4,3 milyon ədəd avtomobil təhvil verib. Avropada satışlar 3,3% artıb.
 

Rusiya bazarındakı toparlanma Orta və Şərqi Avropadakı satışlara müsbət təsir edib və 2017-ci ildə bu bazarın 13,2 faiz artmasına və 744 min 600 ədəd avtomobil satılmasına səbəb olub.
 

Qrupun Çinə satışları keçən il 5,1%-lik artımla 4,2 milyon ədəd, ABŞ-a satışları isə 5,8% artımla 625 min ədəd olaraq qeyd edilib.
 

VW Qrupunun icraçı direktoru Matthias Müller, "Bütün zamanların ən yüksək avtomobil satışıbı, hər şeydən əvvəl bütün Qrup markaları və əməkdaşları tərəfindən güclü bir komanda performansı ilə əlaqələndirmək olar" ifadəsini istifadə edib.
 

Müller, "Müştərilərimizə etimad göstərdikləri üçün minnətdarıq. 2018-ci ildə dünyanın hər yerindəki müştərilərimizin istəklərini qarşılamaq və aşmaq üçün əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik" - əlavə edib.
 

Tərkibində Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat, Skoda, Bugatti, Scania və Man kimi markaları olan Volkswagen Qrupu, uzun müddət dizel emissiya qalmaqalı ilə gündəmi məşğul edib, ABŞ orqanlarına yüksək cərimələr ödəmiş və milyonlarla avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı.

18.01.2018 08:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ