Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunacaqdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunacaqdır

Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 11 yanvar tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərmanına əsasən, Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunacaq.

 

Reklam_3_11

Qaydalara əsasən, Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək.

 

Hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz.

 

Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər. Bundan başqa, qaydalara görə, təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz.

 

Fərmana görə, alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava  nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi təmin etməlidir.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə xarici ölkələrə ixrac missiyalarının təşkili üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi artırılmışdır.

 

Eyni zamanda yeni dəyişikliyə əsasən ixrac missiyasının müddəti ilə 6 gün, hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı üçün hədd isə 30 nəfərə qaldırılmışdır. İndiyə qədər təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan çox ola bilməzdi.

 

Dəyişikliyə əsasən bu hədd də 25-ə qaldırılmışdır. Həmçinin dəyişikliyə əsasən təqvim ili ərzində vahid ölkə stendi ilə iştirak edilən beynəlxalq sərgi və yarmarkaların sayı ilə bağlı hədd artırılaraq 5-dən 10-a çatdırılmışdır. Dəyişikliyə əsasən beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən 

18.01.2018 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ