Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daha bir bank 2017-ni mənfəətlə başa vurduğunu açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir bank 2017-ni mənfəətlə başa vurduğunu açıqladı

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə  aktivləri 336 milyon 764 min manat səviyyəsində olmuşdur.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azər Türk Bankın kredit portfelinin həcmi 119 milyon 838 min manat təşkil etmişdir.

 

Ümumi gəlirlər 96 milyon 569 min manat, xərclər 95 milyon 425 min manat olmuşdur. Bank ötən il 1 milyon 143 min manat həcmində mənfəət əldə etmişdir. 

 

Ötən ilin sonunda Bankın məcmu kapitalının həcmi 53 milyon 186 min manat olmuşdur. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

 

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

 

Ötən il ərzində Bank 180 milyon manat  həcmində depozit cəlb etmişdir ki, bunun da 75,7 milyon manatı  əhalinin əmanətləridir.

 

Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.

 

Ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatmışdır.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

18.01.2018 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ