Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank VTB (Azərbaycan) şərtlərini yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan) şərtlərini yenilədi

VTB (Azərbaycan) internet bank və mobil əlavə vasitəsi ilə bankın kartları arasında pul köçürmələrinin şərtlərini yeniləyərək, onları istifadəçilər üçün daha sərfəli edib.

 

VTB (Azərbaycan)-dan "Marja"ya daxil olmuş məlumata görə, indi bankın kartları arasında onlayn-köçürmələr komissiyasız həyata keçirilə bilər. Bunun üçün müştəriyə, VTB Online internet bankda və ya VTB Mobile mobil əlavədə Card-to-Card funksiyasından istifadə etmək tələb olunur. Köçürməni reallaşdırmaq üçün vəsaiti alan şəxsin kart nömrəsini göstərmək kifayətdir.

 

Bu funksionalın rahatlığı istənilən vaxtda, bankın ofislərinə gəlmədən bankın kartları arasında vəsait köçürmək imkanından ibarətdir. Bir kartdan digərinə köçürülən vəsait dərhal pul alan şəxsə köçürülür.

 

“Biz daim xidmətimizin mükəmməlləşməsi üzərində çalışırıq. İndi müştərilərimizə bank kartları arasında köçürmələr etmək daha sərfəlidir – xidmətə görə onlardan komissiya tutulmayacaq”- deyə, bank VTB (Azərbaycan)-ın İnformasiya texnologiyaları idarəsinin rəisi Aleksandr Firstov bildirib.

18.01.2018 10:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ