Ən yuxarı statik reklam_3

Bu bank ciddi zərərlə üzləşib, kapitala olan minimal tələbi pozub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank ciddi zərərlə üzləşib, kapitala olan minimal tələbi pozub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 270 min 760 manat zərər ilə başa vurub. Halbuki, Bank 2015-ci ildə 548 min 404 manat xalis mənfəət əldə etmişdi.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Bank Melli İran" Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 30 milyon 896 min manat ayırdığından böyük zərərə düşüb. Bu ayırma Bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarə edir.

 

Bankın 29 milyon manatdan çox zərər etməsi kapitalının da kəskin aşağı düşməsinə və kapital üzrə minimal tələbin pozulmasına səbəb olub. 2015-ci ilin sonunda 51 milyon 175 min 744 min manat cəmi kapitala malik olmuş "Bank Melli İran" Bakı filialı 2016-cı ilin sonunda  21 milyon 906 min 594.11 manat kapitala malik olub. Beləliklə, ötən il filialın kapitalı 29 milyon 270 min  manat və ya 57% azalıb.

 

BANKDAN AÇIQLAMA

 

"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 270 min 760 manat zərər ilə başa vurmasının səbəbinə aydınlıq gətirib.

 

Bankın Kredit departamentinin müdiri Tural Məmmədov “Marja”ya bildirdi ki, "Bank Melli İran" Bakı filialı gəlirinin böyük hissəsini depozit itkiləri üzrə ehtiyatlara ayırdığına görə zərərə düşüb:

 

"Bank Melli İran" Bakı filialının bağlanan banklarda depoziti qalıb. Həmin vəsaitin itməsi riski olduğuna görə, normativlərə əsasən ehtiyatların yaradılmasına 30 milyon 896 min manat ayırmışıq. Bu səbəbdən Bank ili zərər ilə başa vurdu. Bağlanmış banklarda qalan pulumuz təxminən ehtiyatlara ayırma qədərdir”.

 

Tural Məmmədov qeyd etdi ki, "Bank Melli İran" Bakı filialı indiyədək kreditləri Manat ilə verdiyindən ödəmə vaxtı keçmiş kreditlərin çoxluğundan əziyyət çəkmir:

 

“Bizim bankda ödəmə vaxtı keçmiş kreditlər kredit portfelinin 3%-ə çatmır”.

 

Bankın Kredit departamentinin müdiri əlavə etdi ki, ötən ilin sonunda yaranmış zərərə görə Bankın kapitalı minimum tələbdən aşağı düşmüşdü. Lakin bu ilin ilk günündə kapital çatışmazlığı aradan qaldırılıb:

 

“2017-ci ilin ilk iş gününüdə İrana Baş idarəyə müraciət etdik. Baş idarə tərəfindən Bakı filialına ayrılan vəsait hesabına məcmu kapitalı 50 milyon manatdan yuxarıya qaldırdıq. Hazırda kapitalımız 50 milyon manatdan çoxdur ki, bu da minimal tələbə uyğundur”. 

24.01.2017 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ