Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şərab və spirtli içkilər istehsalçıları təşviq alınmasında birincidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərab və spirtli içkilər istehsalçıları təşviq alınmasında birincidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarına əsasən ixrac təşviqi şamil olunan qeyrineft məhsullarına 2017-ci il ərzində ixrac təşviqi ödənilmişdir.

 

“Marja” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki,  2017-ci il ərzində (19 dekabr 2017-ci il tarixinə kimi) qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqi alınması üçün İqtisadiyyat Nazirliyinə 465 müraciət daxil olmuşdur.

 

Həmin müraciətlərlə bağlı 439 məktub-sərəncam verilmişdir. Ümumilikdə ixrac olunan 27 milyon 755 min ABŞ dolları dəyərindəki mala görə ixracatçılara 2 milyon 683 min manat məbləğində ixrac təşviqi ödənilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

 

İxrac təşviqinin əsas hissəsi (61.5%) üzüm şərabları və digər spirtli içkilərinin ixracına görə ödənilmişdir.

 

Həmçinin konserv məhsulları, şirələr, mürəbbələr, souslar ixracına görə 546.8 min manat (20.4%), pambıq ipliyindən hazırlanan məmulatlara görə 336.7 min manat (12.6%), təzə xurma və təzə nar ixracına görə isə 77.6 min manat (2.9%) ixrac təşviqi ödənilmişdir.

 

İxrac təşviqi alan sahibkarlar Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Tacikistan, Polşa, İraq, Yunanıstan, Kanada, CəbubiKoreya və digər ölkələrə mal ixrac etmişlər.

 

Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

18.01.2018 10:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ