Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 10-nun ödənişləri azalıb, 1 şirkət ("Qala Sığorta") 2016-cı ildə ödəniş etmədiyi və 1 şirkət  ("Naxçıvan Sığorta") əvvəlki il bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.

 

 Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatdan məlum olur.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,155 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 337,3% çoxdur. Ödənişləri ən az artan şirkət isə "Atəşgah Sığorta"dır. Bu şirkətin ödənişləri ötən il 15,794 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Sığorta"dadır. Bu şirkət il ərzində 43,439 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Amrah Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 62,3% azalaraq 72 min manata düşüb. 

 

© "Renkinq"

18.01.2018 11:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ