Dünya Azərbaycana şərab, konyak, nar şirəsi sifariş verir
2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olmuşdur.
“Marja” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30.4 milyon ABŞ dolları təşkil etmişdir.
Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.6 %) ilə yanaşı, Türkiyənin (7.8%), Ukraynanın (5.9%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır. Dekabr ayında Çili, Livan kimi yeni ölkələrdən ixrac sifarişi daxil olmuşdur.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, dekabr ayında ən çox ixrac sifarişi şərab, konyak, nar şirəsi, nar konsentratı, nar, meyvə şirəsi, çay, tibbi tənzif, fındıq ləpəsi, toyuq yumurtası, mühərrik yağı, mətbəx mebeli, qənnadı məhsulları, meyvə kompotu, sarımsaq, boya, mineral su, kosmetik vasitələr, biyan kökü, konservləşdirilmiş toyuq əti, bal, göbələk və s. mallar üzrə daxil olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl