Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünya Azərbaycana şərab, konyak, nar şirəsi sifariş verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Azərbaycana şərab, konyak, nar şirəsi sifariş verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olmuşdur.

 

“Marja” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki,   Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30.4 milyon ABŞ dolları təşkil etmişdir.

 

Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.6 %) ilə yanaşı, Türkiyənin (7.8%), Ukraynanın (5.9%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır. Dekabr ayında Çili, Livan kimi yeni ölkələrdən ixrac sifarişi daxil olmuşdur.

 

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, dekabr ayında ən çox ixrac sifarişi şərab, konyak, nar şirəsi, nar konsentratı, nar, meyvə şirəsi, çay, tibbi tənzif, fındıq ləpəsi, toyuq yumurtası, mühərrik yağı, mətbəx mebeli, qənnadı məhsulları, meyvə kompotu, sarımsaq, boya, mineral su, kosmetik vasitələr, biyan kökü, konservləşdirilmiş toyuq əti, bal, göbələk və s. mallar üzrə daxil olmuşdur.

18.01.2018 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ