Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"NBC Bank" işçi axtarır - VAKANSİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"NBC Bank" işçi axtarır - VAKANSİYA

"NBC Bank" istehlak və biznes krediti mütəxəssisi vəzifəsinə işə qəbul elan edib.

 

Namizədlərə qarşı iqtisadiyyat sahəsi üzrə ali təhsil, bank sektorunda kredit mütəxəssisi kimi azı 1 il iş təcrübəsi, kredit verilməsi barədə nəzəri və praktiki biliklər, insanlarla ünsiyyət qurma bacarığı, hesabatların hazırlanmasında dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma, analitik düşünmə qabiliyyəti, Azərbaycan və rus dillərində səlist danışıq, ofis proqramlarında işləmə bacarıqları kimi tələblər qoyulub.

 

Vəzifə öhdəlikləri Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması, hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi, müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi, müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, Banka perspektivli müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması, kredit və girovların monitorinqinin həyata keçirilməsidir.

 

Arzu edənlər CV-lərini fevralın 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

18.01.2018 07:54

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ