Neft nəhənginin səhmləri ilin ikinci yarısında satışa çıxacaq
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmləri bu ilin ikinci yarısında satışa çıxarılacaq.
Bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hökumətinin səhmlərin satılacağı bazar barədə qərar verməsini gözləyirik. Şirkətin səhmləri 2018-ci ilin ikinci yarısında satışa hazır olacaq.
“Qlobal neft ehtiyatlarının azalması və istehsalın azalmasına dair sazişlə bağlı olaraq “qara qızıl”ın qiyməti yaxşılaşır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən günlərdə Səudiyyə Ərəbistanı Nazirlər Kabineti “Saudi Aramco”nun səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib. Şirkət qarşıdakı 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. Gündəlik 10 milyon barreldən çox xam neftin istehsal edən “Aramco” dünya üzrə neft hasilatının 12 faizini həyata keçirir. Eyni zamanda, şirkət Səudiyyə Ərəbistanının büdcə gəlirlərinin üçdə ikisini təmin edir.
“Saudi Aramco”nun 5 faizlik səhmlərinin bu il satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.
Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl