"Bank Standard"a 15 milyon manat kredit ödəmişik"
Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov vəkil J.Bağırovanın suallarını cavablandıran zaman söyləyib ki, "Bank Standard"a, ümumilikdə, 15 milyon manat kredit ödəyiblər:
"Biz şirkəti onlara təhvil verəndə hər şey dağılmışdı. İşçilərin maaşlarını belə vermirdilər. Hətta işçilərin əməkhaqqısını pul əvəzinə mobil telefonla ödəyirdilər. Sonra mənə Səbail Rayon Məhkəməsindən banka 23 milyon manatlıq borcla bağlı bildiriş gəldi. Bu barədə Səlim Kirmanla əlaqə saxladım ki, "biz belə danışmadıq, indi niyə belə oldu?" Səlim Kirman da mənə "bu, rəhbərliyin göstərişidir" dedi. Bildiyim qədəri ilə bankın rəhbəri Heydər Babayevdir. Səlim Kirman da Heydər Babayevi və onun həyat yoldaşını nəzərdə tuturdu. Axı mən Heydər Babayevi deyil, Səlim Kirmanı tanıyırdım".
O dindirilən zaman bildirib ki, 2010-cu ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları şirkətə gəlib onu həbs edib: "Lakin "MTN işi"də zərərçəkmiş kimi tanınmamışam".
P.Cəlilovun sözlərinə görə, "Bank Standard"dan ümumilikdə 18 milyon manat kredit götürüblər, həmin pullardan isə 15 milyon manatı isə ödəyiblər.
Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl