Ən yuxarı (mobil)_30

AZAL-dan xüsusi endirimlər - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-dan xüsusi endirimlər - QİYMƏTLƏR

"Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər barədə elan edir.

 

2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti:

 

-Bakı-İstanbul-Bakı – 159 avro

 

-İstanbul-Bakı- İstanbul – 179 USD

 

-Bakı-Kiyev-Bakı – 169 avro

 

-Kiyev-Bakı-Kiyev – 199 USD

 

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək.

 

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.

 

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

 

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə onlayn qeydiyyatdan keçə bilər. http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

 

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

 

E-mail: [email protected]

 

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

18.01.2018 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ