Bakıdakı kinoteatrlardan birinin binası ticarət mərkəzinə çevrilib
“Bakı” kinoteatrının yerləşdiyi binadan bu mədəniyyət ocağının adı sökülərək götürülüb.
Artıq “Bakı kinoteatrı” sözləri “Brend shopping univermaq marka malları” sözləri ilə əvəzlənib.
Hazırda binanın böyük hissəsi müxtəlif mağazalardan ibarət ticarət mərkəzi kimi fəaliyyət göstərir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, binanın bir hissəsində ticarət mərkəzi olsa da, kinoteatrın fəaliyyəti dayandırılmayıb: “Amma kinoteatrın zalının əsaslı təmirə ehtiyacı var”.
Onun sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyəti də kinoteatrda tədbirləri keçirir: “Kinoteatrın yerləşdiyi bina sovet dövründə tikilib, 4-5 il olar ki, özəlləşib. Bina son illərdə ticarət mərkəzi kimi formalaşıb. Amma buna baxmayaraq oranın sahibi kinoteatrı saxlayır”.
Binanın sökülmə ehtimalına gəlincə, şöbə müdiri qeyd edib ki, rayon ərazisində hər hansı söküntü olanda bununla bağlı icra hakimiyyətinə məlumat verilir: “İndiyə qədər bizə hər hansı söküntü ilə bağlı müraciət olunmayıb”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl