Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

OPEC neftə tələbat üzrə proqnozunu artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC neftə tələbat üzrə proqnozunu artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) 2018-ci ildə neftə olan tələbat proqnozunu ötən ilin dekabr ayında verdiyi proqnozla müqayisədə gündəlik 0,06 mln. barel artıraraq gündəlik 98,51 mln. barelə çatdırıb.

 

Bu barədə OPEC-in yanvar ayı üzrə hesabatında deyilir.

 

Məlumata görə, 2018-ci ildə neftə olan tələbat gündəlik 1,53 mln. barel artacağı gözlənilir.  Bu, təşkilatın əvvəlki proqnozundan təxminən 0,2 mln. barel çoxdur.

 

Hesabatda deyilir ki, proqnozun artırılması əsasən Avropa və Çindən tələbatın bundan əvvəl gözləniləndən daha yüksək olması ilə bağlıdır. OPEC-n mütəxəssisləri hesab edir ki, cari ildə neftə olan tələbatın artımı əsasən inkişafda olan ölkələrin hesabına baş verəcək.

 

Eyni zamanda, 2018-ci ildə OPEC-ə daxil olmayan ölkələr tərəfindən neft təklifi ilə bağlı proqnoz gündəlik 0,12 mln. barel artırılaraq gündəlik 58,94 mln. barelə çatdırılıb. 

 

©APA

18.01.2018 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ