Ən yuxarı (mobil)_30

ABŞ-da neft hasilatı artıb - QİMƏTLƏR DÜŞÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatı artıb - QİMƏTLƏR DÜŞÜR

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 6,9 milyon barrel azalıb.



 
 ABŞ Enerji İnformasiya İdarəsi, (EIA) kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının ötən həftə 6,9 milyon barrel (1,6 faiz) azalaraq 412,7 milyon barrelə gerilədiyini açıqlayıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 3,5 milyon barrel azalacağın istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 4,9 milyon barrel azalmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,5 milyon barel (0,1 faiz) artımla 664,2 milyon barelə yüksəlib.
 

 ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,6 milyon barel (1,5 faiz) artaraq 240,9 milyon barelə çatıb.
 

Benzin ehtiyatlarına dair bazar gözləntisi 3,4 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,1 milyon barrel qalxmışdı.
 

Xam neft hasilatı artıb.
 

ABŞ-ın xam neft ixracı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 234 min barel artımla 1,25 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 292 min barel artımla 7,95 milyon barelə çatıb.
 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 258 min barel artımla 9,75 milyon barelə çatıb.
 

ABŞ-da qar fırtınası və dondurucu soyuqlar səbəbindən, əvvəlki həftə ölkənin xam neft istehsalı kəskin azalma göstərərək gündəlik orta hesabla 290 min barel azalmışdı.
 

ABŞ-ın xam neft hasilatının artması neftin qiymətlərinin düşməsinə səbəb olub.
 

Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, Brent növü neftin qiyməti 68,80 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftin qiyməti isə 63,41 dollara qədər geriləyib.

19.01.2018 03:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ