Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncə Avtomobil Zavodu 2017-də 1414 “Belarus” traktoru istehsal edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə Avtomobil Zavodu 2017-də 1414 “Belarus” traktoru istehsal edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlk dəfə OKA, UAZ, CANQAN avtomobillərinin yığımı ilə fəaliyyətə başlayan Gəncə Avtomobil Zavodu ölkəmizin kənd təsərrüfatında istifadə edilən maşın və mexanizmlərə olan tələbatın ödənilməsində yaxından iştirak edir. 

 

Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır. Hətta Minsk zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yükdaşıyan qoşquları da istehsal edir. Bundan başqa MAZ markalı avtomobillərin istehsalı ildən-ilə artır. Son 9 ildə 20 modeldə MAZ markalı avtomobillər yığılıb. 

 

YENİ İSTEHSAL XƏTTİ QURAŞDIRILIB 


İstehsal xətlərinin sıxlığı nəzərə alınaraq zavodda 30 min kvadratmetr sahəsi olan yeni istehsal xətti quraşdırılıb. Qısa vaxt ərzində tamamilə yenidən qurulan müəssisədə ən nəhəng texnikaların yığımı təşkil edilib. İlk növbədə kadr ehtiyatı yaradılıb. Məhz bunun nəticəsidir ki, zavod qısa vaxt ərzində 36 çeşiddə müxtəlif modifikasiyalarda texnikalar istehsalını mənimsəyib. 


Zavodun direktoru Kamran Nəzərov deyir ki, müəssisənin uğurları 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfərindən sonra başladı:

 

“Həmin səfər zamanı əldə edilən razılaşmadan sonra Gəncə Avtomobil Zavodu nəinki Azərbaycanda, eləcə də bütün Qafqazda ən nəhəng avtomobil istehsalçısına çevrildi. İki ölkə arasında iqtisadi əlaqələrin yaradılması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında bağlanan müqavilə əməkdaşlıq üçün geniş imkanlar açdı. 20 min kvadratmetr sahəsi olan müasir yığım sexi yaradıldı. Yeni texnoloji yığım xətlərində müasir avadanlıqlar quraşdırıldı. Qısa vaxt ərzində respublikamızın aqrar sahəsində başlanan islahatların uğurlu icrası üçün zavod öz töhfəsini verdi. Burada müxtəlif növ traktorların yığımına başlanıldı və çox çəkmədi ki, əkin sahələrində “Belarus-Gəncə” markası altında traktorlar görünməyə başladı. Kənd təsərrüfatında vacib hesab edilən bu texnikanın istehsalı demək olar ki, əvvəllər mövcud olan problemləri aradan qaldırdı. Nəticədə ölkəmizin aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər daha da sürətləndi. Konveyerdən çıxan hər bir traktorun yüksək keyfiyyətinə təminat verən Gəncə istehsalçıları bir yeniliyə də imza atdılar. Belarusun “Dorelektromaş” və “Smorqon aqreqat zavodu” ilə razılığa gələrək “Belarus” traktorlarının bazasında kənd təsərrüfatı işlərində lazım olan asma avadanlıqlarının istehsalını həyata keçirdik. Bununla da ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsində texnika sarıdan heç bir problem qalmadı”. 
Gəncə Avtomobil Zavodunun mütəxəssisləri daim axtarışdadırlar. Onlar avtomobil sənayesi sahəsində uğur qazanan xarici ölkələrlə yeni əlaqələr qurmaqla istehsalat sahələrini gündən-günə genişləndirirlər. Bunun üçün müəssisə istehsalat proseslərini tamamilə mənimsəmişdir. Sexlərdə ən müasir yığım aqreqatları quraşdırılıb. İşçilərin peşə hazırlığı yüksək səviyyədə olduğundan hər hansı texnikanın yığımında problem yaşanmır. İndi, demək olar, elə texnika olmaz ki, onun nümunəsinə baxıb yığımı təşkil edilməsin. 


Son illər ölkədə pambıqçılığın inkişafına verilən diqqət və qayğı sayəsində uğurlu göstəricilərə nail olunmuşdur. Pambıqçılığın sürətli inkişafını isə müasir texnikasız təsəvvür etmək çətindir. Ən vacibi uzun illər səmərəsiz qalaraq sıradan çıxmış texnika və avadanlıqların yenilənməsidir. Bu məqsədlə 2015-ci ildə zavod mütəxəssislərindən bir qrupu yeni texnologiyaların mənimsənilməsi istiqamətində iş təcrübəsi qazanmaq üçün Belarusa ezam edildi. 


Nəticə müsbət oldu. Belə ki, müəssisədə istehsal edilən “Belarus” traktorlarının bazasında minipambıqyığan kombayn və yığılmış pambığın daşınması üçün texnikanın istehsalına başlanıldı. 
 

Hər il olduğu kimi, keçən ilin sonunda da müəssisədə il ərzində görülən işlərə yekun vurularkən müsbət irəliləyişlərə nail olunduğu diqqətə çatdırıldı. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev görülən işlərlə bağlı çıxış edərək diqqətə çatdırdı ki, əvvəlki illərlə müqayisədə kollektiv 2017-ci ildə daha böyük nailiyyətlərə imza atmışdır. Belə ki, bu müddətdə 1414 “Belarus” traktoru, 4 minitraktor, xüsusi təyinatlı 3 traktor, məişət təyinatlı 3 traktor, xüsusi təyinatlı 4 “MAZ” avtomobili, 3 qoşqu, 2 asma avadanlığı istehsal edilmişdir.

 

"GƏNCƏ" TRAKTORLARI TÜRKİYƏDƏ İSTEHSAL EDİLƏCƏK


Lakin qazanılan uğurlar kollektivi arxayınlaşdırmır. 2018-ci ildə müəssisə üçün bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, Gəncə traktorlarının Türkiyədə yığılması və müəssisənin texnikalarının üçüncü ölkələrdə satışını təşkil etmək üçün danışıqlar aparılır.

 

"TATR"A YIĞILACAQ

 

Bundan başqa, Gəncə Avtomobil Zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında bağlanmış memoranduma əsasən, yaxın vaxtlarda Gəncədə “Tatra” yük avtomobillərinin yığımı təşkil ediləcək. 

19.01.2018 04:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ