Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"125 min dollar olacaq, Bitcoin alın"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"125 min dollar olacaq, Bitcoin alın"

"Wall Street"in yüksək səviyyəli strateqlərdən biri olan Thomas Lee bir Bitcoin-in qiymətinin 2022-ci ildə 125 000 dollar olacağını bildirib. Beləliklə Lee, ötən ilin oktyabr ayında 25 000 dollar olaraq verdiyi proqnozu 400 faiz artırmışdır.



 
"Fundstat"ın qurucu ortağı və strateqi Lee, CNBC-yə verdiyi müsahibəsində Bitcoin-in qiymətinin bu ilin sonuna qədər 25.000 dollara çatacağını proqnozlaşdırıb. Lee daha əvvəl Bitcoin-in bu səviyyəyə 2022-ci ildə gələ biləcəyini söyləmişdi.
 

"Marja" xəbər verir ki, "Wall Street" strateqi verdiyi yeni müsahibəsində Bitcoin-in 2022-ci ildə isə 125 000 dollara çatacağını söyləyib.
 

Lee proqnozu, Bitcoin-in 10 000 dollardan aşağı düşməsiylə kriptovalyuta bazarında ortaya çıxan qeyr-sabitlikdən sonra verib. Dekabr ayında Bitcoin-in qiyməti 20.000 dollara qalxmışdı.
 
 
 "Bitcoin-in ən aşağı səviyyəsinin 9000 dollar olacağını və bu səviyyə ətrafında aqressiv alıcıların olacağını gözləyirik. 9000 dollarlıq səviyyəyə 2018-ci ildəki ən böyük satınalma imkanı kimi baxırıq",-  Lee deyib.
 

Lee həmçinin Ethereum və Ethereum Classic-in il sonuna qədər təxminən 90 faiz, NEO-nun isə 50 faiz bahalaşacağını deyib.
 

19.01.2018 05:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ