Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana səfər etməyin 5 əsas səbəbi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana səfər etməyin 5 əsas səbəbi

“The Washington Times” qəzeti “Azərbaycana səfər etməyin 5 əsas səbəbi” adlı məqalə dərc edib.

 

Reklam_3_11

Məqalədə qeyd olunur ki, Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən və “Odlar Yurdu” adlandırılan bu əsrarəngiz və gözoxşayan məkan səyahətçiləri ekzotik ləzzəti və incə gözəlliyi ilə özünə cəzb edir.

 

Azərbaycan Şərqlə Qərbin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır və ölkənin paytaxt şəhəri Bakı “Şərqin Parisi” kimi tanınır.

 

Beləliklə, Azərbaycana səfər etməyin 5 əsas səbəbi:

 

1. Azərbaycana viza almaq çox asanlaşdırılıb və ASAN viza vasitəsi ilə cəmi 3 saat ərzində viza almaq mümkündür.

 

2. Bakı mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun müddət Xəzər dənizinin mirvarisi hesab edilən Bakı yarımadada yerləşən bir arzular şəhəridir. Dünya şöhrətli memar Dame Zaha Hadid tərəfindən dizayn edilən Heydər Əliyev Mərkəzi kimi möhtəşəm məkanlar sayəsində Bakının arxitekturası orta əsr xəzinələrinin müasir məkanlarla harmoniyasını yaradır.

 

3. Heyranedici görünüş və təbiət. Azərbaycanda Bakıdan kənarda da görməli və gəzməli çoxlu sayda əsrarəngiz məkanlar var. Yaşından asılı olmayaraq, Azərbaycana səfər edən bütün insanlar Qobustan Milli Parkında qədim mağara sənətini və ora yaxında yerləşən palçıq vulkanlarını görməkdən çox böyük zovq alacaqlar. Azərbaycana səfər edərkən Bakının Suraxanı qəsəbəsində və bütün dünyadan zəvvarları özünə cəlb edən “Atəşkah” Zərdüşt məbədini (alov məbədi) görməyi unutmayın. Qədim dövrlərdən torpaq səthinə çox yaxın yerləşən qaz yataqları torpaq çatlarından üzə çıxır və beləliklə, torpaq üzərində dalğalanan alov yaranır. Bu məbədi ziyarət edən hər kəs Azərbaycanın niyə "Odlar yurdu" adlandırılmasını çox yaxşı anlayar.

 

4. İdmanı sevən xalq. Bütün dünyadan olan atletlər idmanda öz talantlarını nümayiş etdirmək üçün dünya səviyyəli idman obyektlərinin olduğu Azərbaycanı çox əlverişli məkan hesab edirlər. Təkcə son bir neçə il ərzində Azərbaycan böyük idman yarışlarına, o cümlədən 2015 Dünya Şahmat Çempionatına, 2015 Birinci Avropa Oyunlarına, 2016 Gənclər arasında futbol üzrə Avropa Çempionatına, 2017 IV İslam Həmrəyliyi Oyunlarına, 2017 Atıcılıq üzrə Avropa Çempionatına, Tamblinq, Ritmik və İdman gimnastikaları üzrə Dünya kuboklarına və digər tədbirlərə ev sahibliyi edib.

 

5. Xəzinələr torpağında vergidən azad (tax free) alış-veriş. Bakıda yerli və beynəlxalq brendləri bir araya gətirən Şopinq Festifalları təşkil edilir. Azərbaycana səfər edən insanlar da bu vergidən azad alış-verişdən və alıcılara təklif olunan endirimlərdən faydalana bilərlər.

19.01.2018 08:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ