Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ölkəyə şəxsi istehlak üçün 1 blok siqaret gətirilməsinə icazə verilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkəyə şəxsi istehlak üçün 1 blok siqaret gətirilməsinə icazə verilə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istehlak üçün gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi ilə bağlı Milli Məclisə müraciət edəcək.

 

“Marja”nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.  
 

Onun sözlərinə görə, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq belə məhsulların idxalında azalma müşahidə edilmir:

 

“Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.

19.01.2018 09:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ