Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman olacaq.

 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

ETSN xəbərdarlıq edir ki, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

19.01.2018 10:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ