Müqavilələrin sayı 50% azalıb, sığorta haqları isə 106% artıb

2017-ci ilin dekabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9641 sığorta müqaviləsi bağlanmışdır.

 

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 855 067 manat təşkil etmişdir.

 

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6540-ı yaşayış evləri və mənzillər, 36-ı inzibati binalar, 3065-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 50% azalma, sığorta haqlarının məbləğində isə 106% artım müşahidə edilmişdir.

 

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 293, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 18 750 manat təşkil etmişdir.

 

Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 8 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 10 318 manat olmuşdur.

19 Yanvar 2018 , 15:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin