ABŞ-da hökumət "bağlandı"

ABŞ-da federal hökumət bir daha büdcə böhranı səbəbilə "bağlandı".


"Marja" xəbər veri ki, Senatda Respublikaçılar və Demokratlar büdcə layihəsi üzərində razılaşmayıblar. 

 

Ölkədəki federal qurumlar maliyyə çatışmazlığı səbəbindən 19 Yanvar Cümə gecəsindən "bağlanıb".

 

Tərəflər arasında fikir ayrılığı, ABŞ-a uşaq yaşda gələn miqrantların qorunmasını təmin edən DACA (Deferred Action for Childhood Arrivals) adlı proqrama görə yaranıb.
 

Demokratlar, müvəqqəti büdcədə, DACA proqramındakı təxminən 800 min miqrantın ölkədə qanuni olaraq qalmalarını təmin edəcək maddə olmaması halında layihəni dəstəkləməyəcəklərini açıqlayıblar. ABŞ Prezidenti Donald Trump və Respublikaçılar Partiyası isə müvəqqəti büdcənin DACA məsələsində güzəşt olmadan keçməsini istəyir.

 

Federal maliyyə ilinin 1 Oktyabrında başlayıb 30 Sentyabrda başa çatdığı ABŞ-da hər il baş verən büdcə böhranları, hökumətin sonuncu dəfə 2013-ci ildə olmaqla cəmi 12 dəfə bağlanmasına səbəb olmuşdu.

 

Konqresin büdcə üzərində razılığa gəlmədiyinə görə, 1-17 Oktyabr 2013 tarixləri arasında fəaliyyətlərinə fasilə  vermək məcburiyyətində qalan federal müəssisələrdə işləyən  təxminən 800 min dövlət işçisi 16 gün ərzində işlərinə getməyib, minlərlə nəzarətçi, polis və sərhəd nəzarəti məmuru pul almadan çalışmışdı.
 

Ölkə iqtisadiyyatına 24 milyard dollara başa gəlmiş proses, Demokratlar və Respublikaçıların razılığa gəlmələrindən sonra 17 Oktyabrda başa çatmışdı.

20 Yanvar 2018 , 09:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin