Ləğv prosesində olan bankların avtomobilləri satıldı

Ləğv prosesində olan bir sıra bankların əmlaklarının satışı üzrə hərracın nəticələri açıqlanıb.


 

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası 16 yanvar 2018-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

 

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 1 (bir) ədəd “Mercedes-815” yük avtomobili,1(bir) ədəd “Fiat Doblo Cargo”, 3(üç) ədəd “Mitsubishi Lancer”, 4 (dörd) ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 (bir) ədəd embosser “Matica Z9”  satılıb.

 

 Həmçinin  ləgv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1(bir) ədəd “Mitsubishi Pajero”, 1(bir) ədəd “Ford Focus” minik avtomobilləri, 1(bir) ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser “Matica Z3” satıldı.

 

20 Yanvar 2018 , 10:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin