Pakistan bankı Azərbaycanda zərər etdi

Pakistan Milli Bankı Bakı Filialı 2017-ci ili 104 min 910 manat zərər ilə başa vurub.

 

Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il filialın faiz gəlirləri 829 min manat 151 manat təşkil edib, qeyri-faiz gəlirləri üzrə 6,02 min manat zərər edib. Bankın faiz (2,3 min manat), qeyri-faiz (934,8 min manat) xərcləri gəlirindən çox olduğundan ötən ili 104 min 910 manat zərər ilə başa vurub.

 

Filial 2016-cı ildə 553,1 min manat faiz gəliri, 57,4 min manat qeyri-faiz gəliri əldə etmiş, həmin ili 14,7 min manat xalis mənfəətlə başa vurmuşdu.

 

31 Dekabr 2017-ci il tarixində Pakistan Milli Bankı Bakı Filialı 11 milyon 680 min manat cəmi aktivlərə, 1 milyon 467 min manat cəmi öhdəliklərə və 10 milyon 212 min manat cəmi balans kapitalına malik olub.

 

31 Dekabr 2016-cı il tarixində Pakistan Milli Bankı Bakı Filialı 11 milyon 263 min manat cəmi aktivlərə, 946 min manat cəmi öhdəliklərə və 10 milyon 316 min manat cəmi balans kapitalına malik olub.

20 Yanvar 2018 , 17:11   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin