Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Türk döyüş təyyarələri hədəfləri vurmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk döyüş təyyarələri hədəfləri vurmağa başladı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

 

Reklam_3_11

XXX

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.

 

Açıqlamada deyilir:

 

“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

 

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb. 


XXX

 

Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib


Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb.

 

Rusiya XİN-in saytında verilən açıqlamada deyilir:  

 

“Daxil olan məlumata əsasən yanvarın 20-də Türkiyə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləri Suriya kürd “Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraq Suriya kürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Rusiya Suriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan və BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir. İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən və Suriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir

20.01.2018 16:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ