Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq

Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq.

 

Bunu  İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan bildirib.

 

Ə. F. Kasan deyib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Nazir müavini qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq.

 

Ə. F. Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinə investisiya yatırmaq istəklərini bildirib.

 

© Azərtc

21.01.2018 16:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ