Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daxili bazar qorunacaqdı – AZALMAQ ƏVƏZİNƏ ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daxili bazar qorunacaqdı – AZALMAQ ƏVƏZİNƏ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hökumətin 2016-cı ilin noyabrından toyuq əti idxalına yüksək rüsum tətbiq etməsi nəticəsində idxal azalmayıb, əvəzinə artıb.

 

Reklam_3_11

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar idxal rüsumu alınır. Qərar bu ilin Noyabr ayınadək qüvvədə olacaqdır.

 

“Marja”nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev jurnalistlərə bildirib ki, qərar qüvvəyə mindikdən sonra sahibkarlar MDB ölkələrindən idxala başladıqları üçün toyuq əti idxalı artıb:

 

“Spesfik rüsumların tətbiqində məqsəd daxili istehsalın qorunması idi. Spesfik rüsumlar tətbiq olunduqdan sonra iş adamları MDB ölkələrindən toyuq əti idxalına başladılar. Əvvələr toyuq əti Avropa ölkələrindən, Türkiyədən idxal olunurdusa, sonradan Ukrayna, Rusiya daxil MDB ölkələrindən idxal olunmağa başladı və nəticədə də idxal azalmadı, əksinə artdı.

 

Bu sahikarların tam hüququdur. Gömrük Komitəsi sahibkarlara “Nə üçün MDB ölkələrindən toyuq əti idxal edirsiniz?” deyə bilməz.

 

Hazırda yerli istehsalçılar xarici istehsalçılar ilə rəqabət apara bilirlər. MDB ölkələrindən idxala da spesfik rüsumların tətbiq olunması barədə tələb yoxdur”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası hökumətinin Müstəqil Dövlətlər Birliyi ölkələri və digər xarici ölkələrlə azad ticarət haqqında sazişi olduğu təqdirdə ikitərəfli razılığa əsasən malların ixracına və yaxud idxalına gömrük rüsumu tətbiq edilmir. 

22.01.2018 04:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ