Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” 2,4 dəfə böyüdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” 2,4 dəfə böyüdü

Azərbaycan sığorta bazarının ən aktiv şirkətlərindən olan “Qala Sığorta” 2017-ci ilin yekunları ilə bağlı bəzi göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən ötən ildə “Qala Sığorta” şirkəti tərəfindən 10,919 mln. manatdan çox sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin yekunları ilə müqayisədə 4,644 mln. manat və ya 2,4 dəfə çoxdur.

 

Şirkət yığımlarının illik artım dinamikasına görə ölkdə fəaliyyət göstərən sığorta şirkətləri sırasına ikinci yerdə qərarlaşıb. Belə bir göstəricinin olması şirkətin Ali menecmet heyəti tərəfindən qurulan strategiyanın düzgün istiqamətə yönəldilməsindən xəbər verir.

 

Hesabat dövründə şirkət yığımları ilə yanaşı ödənişlərini də kəskin artırıb. Belə ki, ötən ildə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 424 min manata yaxın sığorta ödənişi verilib ki, bu da 2016-cı ilin yekun rəqəmləri ilə müqayisədə 419 min manat və ya təxminən 83 dəfə çoxdur.

 

Xatırladaq ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.


Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığortasının 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. İki illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır. 

22.01.2018 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ