Azərbaycan vətəndaşı özünü müflis elan etmək istəyir
Sabah Ali Məhkəmədə hakim Vəfaddin İbayevin sədrliyi ilə vəkili olduğum vətəndaşın özünü müflis elan edə bilməsi hüququna malik olub-olmaması haqda kassasiya şikayətinə baxılacaq.
Bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
“İlk iclas yanvarın 9-da oldu, lakin məhkəmə məsələnin araşdırılması üçün iki həftəlik fasilə götürdü. Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, yalnız fərdi sahibkar özünü müflis elan edə bilər və guya adi fiziki şəxs bu hüquqa malik deyil. Əslində, 2015-ci ilin oktyabr ayında “Müflisləşmə və iflas haqqında” qanuna edilmiş düzəlişə əsasən hər hansı şəxs özünü məhkəmə qaydasında müflis elan edə bilər. “Banklar haqqında” qanun da bunu təsdiqləyir. Belə ki, həmin qanuna bankın inzibatçısı, yəni fərdi sahibkar olmayan fiziki şəxs müflis elan edilə bilər”, - deyə o, qeyd edib.
Vəkil hesab edir ki, Azərbaycan məhkəmələri qanunda birmənalı təsbit edilən və sivil dünyada çoxdan bərqərar olmuş insanın müflislik hüququnu yalnız bir səbəbdən tanımırlar. Bu da bankların təsiri, lobbiçiliyidir:
“Borclu vətəndaşların xeyli hissəsi faktiki müflisləşsə də, banklar və qanunsuz fəaliyyət göstərən kollektorlar onlardan əl çəkmir və müxtəlif vasitələrlə təzyiq edir ki, nəyin bahasına olursa olsun (dilən, özünü sat, evini sat və s.), pul tapıb krediti bağlasınlar. Ümid edirəm ki, sabah Ali Məhkəmə bankların maraqlarını deyil (axı necə olur ki, insanlara borclu olan bank müflis ola bilər, amma banka borclu olan insan müflis ola bilməz?), qanunu və insan haqlarını rəhbər tutacaq. Əks halda, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik”.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
12 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
15 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
15 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 18 saat əvvəl
- 19 saat əvvəl