Azərbaycandan hissə-hissə 174 milyon dollar çıxarıblar - ƏN İRİ QAÇAQMALÇILIQ İFŞA EDİLDİ
Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, müəyyən edilmişdir ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu (93 milyon dollar), 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl