Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünyanın sərvəti 1% insanın cibinə gedib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın sərvəti 1% insanın cibinə gedib

Beynəlxalq yardım təşkilatı Oxfam, illik qlobal sərvətin 82%-nin, dünya əhalisinin yalnız 1%-ni təşkil edən varlıların cibinə getdiyini bildirib.



 
"Marja" xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən təşkilatdan verilən açıqlamada gəlir bölgüsü bərabərsizliyinin artmaqda davam etdiyi, son bir ildə yaranan qlobal sərvətin 82%-nin dünya əhalisinin sadəcə 1%-lik hissəsini təşkil edən zənginlərə getdiyi vurğulanıb.


 
Açıqlamada 2016-ci ilin iyul ayı və 2017-ci ilin iyun ayı arasındakı dövrdə qeyd edilən ümumi qlobal sərvət artımının 9,2 trilyon dollar olduğu, bunun 7,6 trilyon dollarlıq hissəsinin cəmi 75 milyon verliya getdiyi bildirilib.

 

Açıqlamda, varlıların vergiləri ödəməkdən yayınmasının dünyanın ən kasıb regionlarını və inkişaf etməkdə olan iqtisadiyyatları ildə təqribən 170 milyard dollar ziyana saldığı, bu vəsaitin normal şərtlər altında dövlət investisiyalarına getməsi lazım olduğu vurğulanıb.

22.01.2018 11:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ