Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda "FireLand" adlı yaşayış kompleksinin tikintisinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda "FireLand" adlı yaşayış kompleksinin tikintisinə başlanıb

Əsasən Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış binalarının tikintisi ilə məşğul olan "Bakıxanov Rezidens" Komplekslər Qrupu, yeni, "FireLand" (Fayələnd) adını verdiyi kompleksin tikintisinə başlayıb. Kompleks Sabunçu ray. Bakıxanov qəs. S.Mehmandarov küç 12 ünvanında inşa edilir.

 

"Marja" xəbər verir ki, binanın təhvili 2019-cu ildə nəzərdə tutulub.Tezliklə, kompleks barədə ətraflı məlumatlar veriləcəkdir.


"Bakıxanov Rezidens 1, 2 və 3", "Brillians Rezidens", "Ramana Rezidens" bu şirkət tərəfindən tikilib.


Qeyd edək ki, indiyədək "Bakıxanov Rezidens" Komplekslər Qrupu mənzillərin 1 kvadratmetrini daha çox 1200 manatdan satıb. Şikət bir neçə gün öncə "Brillians Rezidens" yaşayış kompleksində mənzillərin qiymətlərini endirib (hazır binada 1100 manata, tikilməkdə oan binda 999 manata). Bundan savayı, daxili kredit üçün minimal ilkin ödəniş 30%, müddət isə 36 ay olub. 

 

Hazırda Bakıxanov qəsəbəsi ərazisində "Park Group" şirkəti tərəfindən iri “Teras Park” yaşayış kompleksi tikilir. Bu kompleksdə mənzillərin 1 kvadratmetri 850 manatdan başlayan qiymətlərlə təklif olunur. “Teras Park”dakı daha münasib qiymətlər və Bakıda pilot layihələrin artması "Bakıxanov Rezidens" Komplekslər Qrupunu qiymətləri aşağı salmağa vadar etmiş kimi görünür.

22.01.2018 11:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ