Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rumıniyada 39-cu “SOCAR” istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rumıniyada 39-cu “SOCAR” istifadəyə verildi

 SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib. 

 

Şirkət bu ölkədə “SOCAR” brendli sayca 39-cu YDM-ni istifadəyə verib. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacaq məhsullarının satışı həyata keçiriləcək. 

 

Məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda yanacaqla təmin ediləcək. Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycan Prezidenti  İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq, bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılıb və YDM-də  Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

 

Xatırladaq ki, bu, Braşov regionunda istifadəyə verilən sayca ikinci yanacaqdoldurma məntəqəsidir. SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. 

22.01.2018 13:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ