Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İdxalda 180 gün məhdudiyyəti biznesə çətinlik yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxalda 180 gün məhdudiyyəti biznesə çətinlik yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Dünən yayılan məlumata görə,  "ATEF" Şirkətlər Qrupu avans yolu ilə xarici tərəfdaşına ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal etmədiyinə, ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmadığına görə, 22,5 min manat cərimə edilib. Daha ətraflı: http://marja.az/news/19481

Reklam_3_11

 

Qanunvericiliyə görə, idxal müqaviləsi üzrə ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka İdxalçı tərəfindən təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazararına Nəzarət Palatasına təqdim edir.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cu maddəsinə uyğun olaraq avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 (on) faizindən 20 (iyirmi)
faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizindən 30 (otuz) faizinədək məbləğdə cərimə edilir.

 

Sadə şəkildə, Azərbaycan şirkəti xaricdən mal alır. Bu zaman xarici istehsalçıya, tutaq ki,  50 min dollar ödəniş edir. Bu ödəmə qarşılığında alınan mal 180 gün ərzində Azərbaycana idxal olunmalıdır. İdxal olunmasa qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmalıdır. Əks hallarda şirkət cərimələnir. 

 

Yerli idxalçı şirkətlər bu qaydaların biznesə əngəl yaratdığını bildirirlər. İdxal ilə məşğul olan şirkətlərdən birinin rəhbəri "Marja"ya bildirdi ki, 180 gün məhdudiyyəti biznes reallıqlarından xəbəri olmayan məmur tərəfindən müəyyənləşdirilib.

 

"Məsələn, Tayvan şirkəti bizim sifariş ilə məhsul istehsal edir. Biz sifarişi verdikdən sonra Tayvandakı istehsalçı da öz təchizatçılarına ehtiyat hissələrini sifariş verir. Ehtiyat hissələrinin alınması, məhsulun istehsalı, Azərbaycana daşınması bir çox halda 180 gündən uzun çəkir. 180 günü keçdikdə isə Palata məsələni araşdırmağa başlayır. Başa düşülməlidir ki, bütün hallarda xarici anbarlardan və bazarlardan hazır məhsullar alınmır. Bəzi istehsalçılar öncədən sifariş əsasında istehsal ilə məşğul olurlar. Eyni zamanda mal almaq üçün avans ödəyərək, növbəyə yazılmaq lazım gəlir və s. Bu səbəblərdən 180 gün müddəti qısadır". 

23.01.2018 06:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ