Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Mərkəzi Bank bazardan çəkilərsə, 1 dollar 2 manat 50 qəpik olar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bank bazardan çəkilərsə, 1 dollar 2 manat 50 qəpik olar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vüqar Bayramov, iqtisadçı

 

Reklam_3_11

Liberal məzənnə siyasətinə keçidlə bağlı son günlər mənə ünvanlanan sualların çoxluğunu nəzərə alaraq aşağıdakı cavabları təqdim edirəm.

 

Azərbaycanda həyata keçirilən mövcud məzənnə siyasəti nədir?

 

Mərkəz Bank ötən ilin dekabrın 21-də tənzimlənən (pegged exchange rate) məzənnə siyasətindən tənzimlənən üzən məzənnə siyasətinə (managed or dirty floating regime) qədəm qoyduğunu elan edib. Bundan sonra manatın ikinci devalvasiyası baş verib. Amma bu manatın bazar dəyərinin tapılmasına imkan vermədi. İndi manatın məzənnəsi hərracda müəyyənləşdirilsə də belə hələ də Mərkəzi Bank və ya Dövlət Neft Fondu tərəfindən hərraca nə qədər valyutanın çıxarılması çox önəmlidir. Doğrudur, 2016-cı ildə Mərkəzi Bankın intervensiyası kəskin şəkildə azaldı və bu daha daha çox sözügedən bankın rezervlərinin psixoloji həddədək azalması ilə bağlı idi. Praktik olaraq, manatın məzənnəsi bazardakı tələb və eləcə də sözügedən iki qurumun təklifi hesabına formalaşır. Bu isə o deməkdir ki, hələ də təklif bazardan deyil, inzibati qurumlardan gəlir.

 

Liberal üzən məzənnə nədir?

 

Liberal məzənnə manatın bazar müəyyənləşdirilməsi deməkdir. Bu zaman bazar tarazlığı yaranır və kurs bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilir. Buna adətən milli valyutanın “bazarda dibi görməsi” kimi xarakterizə edirlər. Mərkəzi Bank daimi bazarda deyil, sadəcə çox krtik anlarda intervensiya edə bilər. Ölkəyə daxil olan valyutanın həcmi və eləcə də tədiyyə balansının vəziyyəti birbaşa milli valyutanın kursuna təsir göstərir.

 

Liberal məzənnəyə keçid nə zaman olmalı idi?

 

Manatın liberal üzən məzənnə rejiminə keçidi xeyili yubandı. Əslində, Mərkəzi Bank 2014-cü ilin sonu və ya ən geci 2015-ci ilin əvvəllərində üzən məzənnə rejiminə keçməliydi. Mərkəzi Bank prosesi yubatdı və nəticədə ötən müddətdə rezervlərinin 75 faizini itirdi, 16 milyard dollardan 4 milyarda düşdü, intervensiya imkanları məhdudlaşdı. Ötən iki il ərzində Mərkəzi Bankın əsas siyasəti manat sterilizasiyası ilə milli valyuta bazasını azaltmaq oldu. Bu müddətdə hər zaman qeyd etdiyim kimi, bu doğru siyasət deyildi. Bununla manatın məzənnəsini optimallaşdırmaq mümkün deyildi. Təəssüf ki, iki il müddətində Mərkəzi Bank mövcud siyasəti davam etdirdi və bazarın liberallaşdırılması istiqamətində demək olar ki, addımlar atmadı. Mərkəzi Bankın pul kredit siyasəti real sektora “isti pulların” daxil olmasına imkan vermədi və nəticə də bu xidmət sektoru daxil olmaqla çox fərqli sferalarda iş yerlərinin bağlanmasına səbəb oldu. Mərkəzi Bank gələn il də bu ilki siyasətini davam etdirəcəyi bəyan edib. Belə olan halda isə baş bank manatın problemini 2017-ci ilə daşıya bilər.

 

Liberal məzənnə siyasətinə keçid niyə qaçılmaz hala gəlib?

 

İqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatlar liberal məzənnə siyasətinin tətbiqini tələb edir. Manatın bazar kursu müəyyənləşməyincə nə dollarlaşma prosesinin azaltmaq, nə də real sektora investisiyaların cəlb edilməsi mümkün olacaq. Rusiya və Qazaxıstan təcrübəsini nəzərə alsaq əslində, Azərbaycan üçün liberal məzənnə tətbiq etməkdə ən uyğun il 2014-cü il idi. Təəssüf ki, öndə qeyd etdiyim kimi, Mərkəzi Bank gözləməyə üstünlük verdi. Milli valyutanın bazar dəyəri bəlli olmayınca həm investorlar, həm də vətəndaşlar pullarını dollarda saxlamağa üstünlük verəcəklər. Qısası, milli valyutanın bazar kursu müəyyənləşməyincə uzun müddətli diversifikasiya islahatları aparmaq olduqca çətindir.

 

Liberal məzənnə hansı səviyyədə ola bilər?

 

Manata həm iqtisadi, həm də psixoloji təsirlər qalmaqdadır. Neftin dünya bazar qiyməti aşağı olduğu üçün Neft Fondu xərcləmləri sıxır və bazara daxil olan dollar kütləsi azalr. Mərkəzi Bank "qara bazar"ı aradan qaldıra bilmədi. "Qara bazar"ın manata psixoloji təzyiqi olduqca yüksəkdir. Bizim qiymətləndirməmiz göstərir ki, indiki məzənnə siyasəti ilə manatın bazar məzənnəsi 100 dollar üçün 195 manatdır. Amma liberal məzənnə siyasətinə keçid olarsa, Mərkəzi Bank tamamən bazardən çəkilərsə, cari tələb və təklifi nəzərə almalqa o zaman 1 dollar 2 manat 20- 2 manat 50 qəpik intervalında dəyişə bilər. Bununla belə, bu məzənnə siyasətinə hazırlıqsız keçidlə daha aşağı məzənnə ilə və ya hazırlıqlı başlangıcla daha uyğun kursla keçmək mümkündür.

 

Liberal məzənnə keçid zamanı manatın kəskin dəyərsizləşməsindən necə qaçmaq olar?

 

2015-ci ildə təklif etdiyim kimi, 4 milyard dollar rezerv ölkəyə gətirilməsi məqsədə uyğundur. Təbii sual yaranır ki, rezervlərimizdən böhran zamanı istifadə etməyəcəyiksə nə zaman faydalanacayıq? Bu vəsait 2 mərhələdə bazara transfer edilə bilər. Təklif edirəm ki, bu vəsaitin 2 milyard dolları banklarda konvertasiya edilib, kiçik və orta sahibkarlara kredit formasında verilsin. Hətta kreditlərin verilməsi üçün xüsusi beynəlxalq və yerli ekspertlərdən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edirdim ki, kreditlər şəffaf şəkildə sahibkarlara təqdim edilsin və bu da real sektoru canlandırsın. İkinci mərhələnin sonunda isə cari tələbə təsir edərək Mərkəzi Bank liberal məzənnə siyasətinə keçə bilər. Mövcud cari tələbi ödəyib üzən məzənnə siyasətinə keçərsə, kursu müəyyən qədər optimallaşdıra bilər. Bununla daha az itkilərə liberal məzənnə keçmək və real sektorun mərhələli canlandırılmasına nail olmaq olar.

 

Liberal məzənnə siyasətə keçiləndən sonra məzənnə dəyişikliyinin mənfi sosial tərəflərini necə minimumlaşdırmaq olar?

 

Təklif edirəm ki, əgər Azərbaycan liberal məzənnə siyasətinə keçərsə, kompensasiya və ya subsidiya mexanizmi tətbiq etməlidir. Əvvəla, dollarla krediti olanlara kompensasiya verilməlidir. Milli valyutanın dəyər itirməsi dollarla krediti olanlara kompensasiyanın verilməsini bir daha gündəmə gətirir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin bu təklifə qarşı çıxmasına baxmayaraq, liberal məzənnə siyasətinə keçiləcəyi halda, kompensasiyaların verilməsi qaçılmazdır. Əks halda vətəndaşların kreditləri ödəməsi ciddi problem olacaq, problemli kreditlərin həcmi kəskin şəkildə artacaq. Dollar krediti olanlara kompensasiyanın verilməsi liberal məzənnə siyasətinə keçiləcəyi halda, artıq qaçılmazdır. Hökumət də bunu həyata keçirməlidir ki, yeni məzənnə siyasətinin vətəndaşlara mənfi təsiri olmasın. İstehlak mallarının xüsusən də ərzaq məhsullarının qiymət artımlarının baş verməməsi üçün idxalla məşğul olan şirkətlərə həmin idxal yerli istehsal hesabina əvəzlənənədək subsidiyaların verilməsinə ehtiyac var. Bu da nəticə etibarilə həmin idxalçı şirkətlərin xərclərin bir hissəsinin qarşılanmasına və qiymət artımının qarşısının alınmasına gətirib çıxara bilər. Büdcədə sosial olmayan xərclərin optimallaşdırılması yolu ilə bunun maliyyə mənbəsi formalaşdırmaq mümkündür.

12.12.2016 15:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ