Ən yuxarı (mobil)_30

Virtual pullar: Ripple 8.8 faiz bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Virtual pullar: Ripple 8.8 faiz bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bloomberg qiymətlərinə görə, Bitcoin, Bazar ertəsi günü Nyu-York saatı ilə 17:00-dan 00:00-a qədər 2.3 faiz yüksələrək 10590 dollar səviyyəsindən ticarət olunub.

 
"Bitstamp" qiymətlərinə görə, mühüm virtual pullardan Ripple 8.8 faiz dəyər qazanıb. Ripple-ın qiyməti 4 Yanvarda görülən 3.32 dollarlıq rekorddan 61 faiz aşağıdır.


 
Bitcoin qiymətləri 10316 dollar ilə 10981 dollar arasında ticarət olunaraq 6.4 faiz dalğalanıb. Bazar dəyəri ən yüksək rəqəmsal pul olan Bitcoin-in qiyməti, 18 Dekabr 2017-ci ildə görülən 19511 dollarlıq rekordundan 45 faiz aşağıdır.


 
Bir həftədə 1.2% geriləyən Bitcoin, bu il təxminən 26 faiz ucuzlaşıb.
 

CME-də əməliyyat olunan 26 Yanvar tarixli Bitcoin fyuçers müqavilələri, 140 müqavilə həcmli əməliyyatlarda 2.3 faiz dəyər qazanaraq 10595 dollardan alıcı tapıb. Bir əvvəlki seans ümumi əməliyyat həcmi 1137 müqavilə olub. CME-də əməliyyat olunan müddətli Bitcoin fyuçers müqavilələri beş Bitcoin-i təmsil edir.
 

Cboe-də əməliyyat olunan 14 Fevral müddətli Bitcoin müqavilələri isə 1924 müqavilə həcmli əməliyyatlarda 4% yüksəliş ilə 10630 dollardan ticarət olunub. Bir əvvəlki seansda əməliyyat həcmi 9098 müqavilə olub. Cboe-də ticarət olunan hər bir müqavilə bir Bitcoin-i təmsil edir.


 
"Bitstamp" qiymətlərinə görə, digər kriptovalyutalardan Ethereum 2.3 faiz bahalaşaraq 975 dollara yüksəlib. Litecoin isə 1.6 faiz dəyər qazanaraq 173.99 dollar səviyyəsinə qalxıb.

23.01.2018 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ