Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Valyuta Fondu neft qiymətləri proqnozunu yeniləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Valyuta Fondu neft qiymətləri proqnozunu yeniləyib

 2018-ci ildə dünya bazarında xam neftin qiyməti ortalama 59,9 dollar/barel təşkil edəcək. 

 

Bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib.

 

Hesabata görə, bu rəqəm 2019-cu ildə 56,4 dollar/barel civarında olacaq. Ötən 2017-ci ildə isə xam neftin hər bareli ortalama 52,7 ABŞ dollarına satılıb.

 

IMF OPEC+ anlaşmasının neft qiymətlərinin yüksək olmasına təsir etdiyini də qeyd edib.

 

Qeyd edək ki, IMF oktyabrda yenilədiyi həmin hesabatda neft qiymətlərini 2017-ci il üçün 1,6 dollar/barel, 2018-ci il üçün isə 1,8 dollar/barel azaltmışdı və dünya bazarında xam neftin qiyməti, müvafiq olaraq, 50,3 və 50,2 dollar/barel proqnozlaşdırılmışdı.

 

Fond hesab edir ki, 2017-ci ilin avqustundan etibarən neft qiymətlərinin 20% artması əsas gəlirləri neft ixracından olan ölkələrdə inflyasiyanın artmasına səbəb olub. Amma orta inflyasiya göstəricisi aşağı olaraq qalıb.

 

© Report

23.01.2018 07:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ