Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BOJ/Kuroda: 2%-lik inflyasiya hədəfimizdən hələ də uzaqdayıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOJ/Kuroda: 2%-lik inflyasiya hədəfimizdən hələ də uzaqdayıq

Yaponiya Mərkəzi Bankının (BOJ) Prezidenti Haruhiko Kuroda, Yaponiya Mərkəzi Bankının toplantısının ardından keçirdiyi mətbuat konfransında, "Qiymətlərə qarşı aşağı istiqamətli risklərin artacağını gözləyirəm" deyib.

 
"Marja" xəbər verir ki, Kuroda, 2%-lik inflyasiya hədəfindən hələ də uzaq olduqlarını bildirib.

 

Sədr, ekspansionist (stimullaşdırıcı) pul siyasətindən çıxmağı düşünəcəkləri bir nöqtədə olmadıqlarını dilə gətirib. 

 

İnflyasiya hədəfinə çatmaq üçün ekspansionist pul siyasətinin güclü bir şəkildə davam etməsini istəyən Kuroda,  inflyasiyada 2%-lik hədəfi dəyişdirməyi düşünmür və bunun üçün hər hansı bir səbəb görmür.

 

BOJ tərəfindən Çərşənbə axşamı günü verilən açıqlamada bankın 2%-lik inflyasiya hədəfinə çatmaq üçün  faizlərin və qiymətli kağız alışlarının mövcud səviyyələrində qoruyacağı qeyd olunub.

 

BOJ, Yaponiya iqtisadiyyatının Apreldə başlayan maliyyə ilində 1.4 faiz artım  qeyd edəcəyini və həmin dövrdə inflyasiyanın 1.4 faiz olacağını təxmin edir.

23.01.2018 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ