Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“METAK” üçün mühüm gün - HƏRRAC KEÇİRİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
“METAK” üçün mühüm gün - HƏRRAC KEÇİRİLƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 

Reklam_3_11

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 

İstiqrazların buraxılış parametrləri:

 

Qiymətli kağızın ISIN kodu: AZ2001020273

Emissiya həcmi: 2 000 000 AZN

Nominal qiyməti: 1000 AZN

Hərrac qiyməti: 1000 AZN

İstiqrazların tədavül müddəti: 1 il (365 gün)

Faiz dərəcəsi (illik): 14 %

Faiz gəlirinin ödəniş müddəti:3 aydan bir (90 gün)

Anderrayter: AzFinance İŞ QSC

 

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulmuşdur.

 

Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

 

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

23.01.2018 08:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ