Ən yuxarı statik reklam_3

"Abonentlərin sayı və təbii qaza olan tələbat artıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Abonentlərin sayı və təbii qaza olan tələbat artıb”

"Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub".

 

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib: “Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə 2017-ci ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib”.

 

Ə.Haciyev bildirib ki, ümumilikdə, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb. Onun sözlərinə görə, 2017-ci il ərzində İB-də əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb ki, bunun da 48 877-si Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir: "Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. 2017-ci il ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 483 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 21 445 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır".

 

O bildirib ki, “Azəriqaz” tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci ilin 12 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə birliyin qaz təchizatı şəbəkəsində qazın itkisi azalıb: “Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazımi tədbirlərin görülməsi davam etdiriləcək”.

 

© APA

23.01.2018 10:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ