Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb - YENİLƏNİB

 

Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

 

Məhəmməd Barkindo görüşdə deyib: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.

 

Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət edib. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.

 


Saat 13:43 olan

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

 

 "Marja" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

23.01.2018 10:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ