Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Energetika Nazirliyi icazələri "ASAN Xidmət" mərkəzləri vasitəsilə verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Energetika Nazirliyi icazələri "ASAN Xidmət" mərkəzləri vasitəsilə verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Energetika Nazirliyi icazələri “ASAN Xidmət “mərkəzləri vasitəsilə verəcək.

Reklam_3_11

 

Bu barədə nazirlikdən məlumat verilib.

 

Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

 

Azərbaycan energetika nazirinin 23 yanvar 2018-ci il tarixli əmrinə əsasən, Energetika Nazirliyi tərəfindən icazələrin “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilməsinin təşkili, bu prosesin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər müəyyənləşdirilib.

23.01.2018 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ