Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Ağ Şəhər”ə axın başlayıb - "Şirkətlər tələbatı qarşılaya bilmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ağ Şəhər”ə axın başlayıb - "Şirkətlər tələbatı qarşılaya bilmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağ Şəhər Layihəsindən son dövrlər ev alanların sürətlə artdığı bildirilir.

 

Reklam_3_11

Daşınmaz əmlak bazarı üzrə agent Samir Nəzərov bildirib ki, yanvar ayında Ağ Şəhər Laiyhəsindən ev almaq istəyənlər kəskin artıb: "Məsələn, dekabr ayında Layihə üzrə şirkətlərin təklifləri üzrə 10 mənzil satmışdısa, yanvar ayı bitməmiş 20 mənzil sata bilib.

 

Satılan mənzillərin böyük hissəsi 2 və 3 otaqlı evlərdir. S.Nəzərov bildirib ki, 1 otaqlı mənzillərə böyük tələbat olsa da, şirkətlər bu tələbatı qarşılaya bilmir. Belə ki, layihədə hazırda 2 yaşayış binası üzrə 1 otaqlı mənzillər var, bu da tələbatı ödəmir: “Bir otaqlı ev almaq istəyənlər mənzil tapa bilmir”.


S.Nəzərov çox otaqlı mənzillərə də tələbatın yüksək olduğunu deyib: “Varlı şəxslər Ağ Şəhər Layihəsindən 6-7 otaqlı ev almaq üçün müraciət edirlər. Amma təəssüf ki, layihədə belə mənzillər nəzərdə tutulmayıb”.


S.Nəzərov hesab edir ki, “Ağ Şəhər”dəki mənzillərə tələbatın artması Layihə üzrə infrastrukturun yenidən qurulması, ərazinin geniş və binaların kiçik mərtəbəli olmasıdır: “Daha çox  5-7 mərtəbəli binalardan mənzil alınır. 20 mərtəbəli binalar üzrə isə demək olar ki, müraciət edən yoxdur”.


Qiymətlərə gəlincə, rieltor bildirib ki, hazırda Layihədə iştirak edən tikinti şirkətləri, mənzillərin ölçüsü, yerləşmə yeri və digər amillərdən aslı olaraq evlərin kv.m üzrə qiyməti 1300-2800 manat təşkil edir.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Fins

23.01.2018 12:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ