Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AZAL, Avropa şəhərlərinə aviareyslərin olmamasının səbəbini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL, Avropa şəhərlərinə aviareyslərin olmamasının səbəbini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevral ayı ərzində Avropanın bir sıra şəhərlərinə - Berlin, Paris və Milana birbaşa aviareyslərin həyata keçirilməməsinin səbəbini açıqlayıb.

 

Reklam_3_11

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski  bildirib ki, Avropa istiqamətində uçuşlar təxirə salınmayıb.

 

"Sadəcə, əvvəlki illərdə olduğu kimi, qış qrafikinə uyğun olaraq bir neçə istiqamətdə uçuşlar planlaşdırılmayıb. Hava nəqliyyatı sahəsində fevral ayı ən passiv dövr hesab edilir və bu dövrdə bir çox hava yolları şirkəti müəyyən istiqamətlərə uçuşlarını yerinə yetirmir”, - deyə P.Kəsəmənski vurğulayıb.

 

Qurum rəsmisi onu da əlavə edib ki, öncədən fevral ayı üçün planlaşdırılmadığından gələn ay üçün bilet alan sərnişin olmayıb.

 

Qeyd edək ki, bəzi KİV-də AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə, Berlinə, Parisə, Milana fevralda birbaşa reyslərin planlaşdırılmadığı barədə məlumatlar yayılıb. 

 

© APA

23.01.2018 15:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ