Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Azərbaycanın “AzVirt” yol-tikinti şirkəti Ukraynada yol və infrastruktur obyektləri inşa etməyi planlaşdırır.

 

Ukraynanın “Ekonomiçeskiye izvestiya” nəşri xəbər verir ki, “Azvirt MMC-nin baş direktoru Kamil Əliyev bunu xarici jurnalistlərə müsahibəsində bəyan edib. O deyib: “Fəaliyyətimizin təməlində gördüyümüz işlərin keyfiyyəti və çox sərt nəzarət sistemi dayanır. İxtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Əməkdaşlarımız peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq xarici ölkələrdə treninq keçirlər”.

 

Azərbaycanda həyata keçirilən iri layihələri – Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə strateji magistral yollarının, Bakıda Formula 1 üçün trasın tikintisini xatırladan şirkətin rəhbəri deyib: “1999-cu ildə yeni Bakı aerovağzalı üçün estakada inşa edilib, aeroportda kompleks işlər aparılır. Paytaxtın küçə və prospektlərinin əsaslı təmir olunması sahəsində zəngin təcrübəmiz var. 2002-2003-cü illərdə Səngəçal terminalında daxili yollar çəkmişik. 2006-cı ildə “Böyük İpək Yolu” layihəsi çərçivəsində Şəmkir-Qazax yolunun yenidən qurulmasını başa çatdırmışıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları, perronlar və digər təyyarə meydanları inşa etmişik.

 

Yol tikintisi sahəsində ixtisaslaşan şirkət 2012-ci ildən başlayaraq bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində yollar inşa etməklə, beynəlxalq səviyyədə fəaliyyətinin coğrafiyasını fəal surətdə genişləndirməyə başlayıb. “AzVirt” Serbiyada drenaj-leysan sistemləri ilə təchiz edilmiş yüksək keyfiyyətli yol çəkib. Bu yol Belqraddan Cənubi Adriatik avtomobil yolunadək uzanan magistral yolun bir hissəsidir. 2016-cı il noyabrın 10-da yolun açılış mərasimində Serbiyanın o vaxtkı baş naziri, indiki Prezidenti Aleksandr Vuçiç iştirak edib.

 

© Azərtac

23.01.2018 16:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ