Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Senat təsdiq etdi, Fed-in "sükanı" arxasına keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Senat təsdiq etdi, Fed-in "sükanı" arxasına keçir

ABŞ Senatı, Prezident Donald Trumpın ABŞ Mərkəzi Bankı (Fed) sədrliyinə namizəd göstərdiyi Cerom Pauelı (Jerome Powell) təsdiq edib.
 

"Marja" xəbər verir ki, hazırda Fed-in idarə heyətinin üzvü kimi fəaliyyət göstərən Pauellın namizədliyi, Senatdakı səsvermədə 12-yə qarşı 85 səslə qəbul edilib.
 

Dünyanın ən mühüm mərkəzi bankı olan Fed-in yeni sədri olmağa haqq qazanan Pauell, and içdikdən sonra mövcud Fed sədr Janet Yellenin yerini alacaq.

 
Pauellin vəzifə müddətində 2012-ci ildən bu yana birlikdə çalışdığı Yellenin yolu ilə mərhələli pul siyasətini davam etdirəcəyi  gözlənilir.
 
 

ƏN VARLI FED SƏDRİ OLACAQ


 
Qısa müddət sonra Fed-in sükanı arxasına keçəcək Pauellin sərvətinin, maliyyə sektorundakı "uğurlu" karyera sayəsində təxminən 55 milyon dollara çatdığı güman edilir. Bu rəqəm, Pauellin 1940-lardan bu yana ən zəngin Fed sədri olacağı anlamına gəlir.
 

Siyasət və hüquq sahələrində təhsil alan Pauell, bankın təxminən 40 ildir ki, iqtisadiyyat dərəcəsinə malik olmayan sədri olacaq.

 

Banka 1978-ci ildən sonra sədr olan  Paul Volcker, Alan Greenspan, Ben Bernanke ve Janet Yellen-ın iqtisadiyyat sahəsində doktorluq dərəcələri var idi.

24.01.2018 05:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ