Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

İlham Əliyevdən OPEC-ə mühüm dəstək - "2018-dən sonraya da uzatmaq lazımdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyevdən OPEC-ə mühüm dəstək - "2018-dən sonraya da uzatmaq lazımdır"

Bakı hesab edir ki, OPEC-ə daxil olan və olmayan ölkələrin (OPEC+) hasilatın azaldılmasına dair sazişi 2018-ci ildən sonraya da uzatmaq lazım gələcək.

 

Bunu RİA "Novosti"yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

"Hesab edirik ki, OPEC və qeyri-OPEC formatı davam etdiriləcək. O davam etməlidir. İndi yaxşı ki, onu ilin sonuna qədər uzatdılar. Lakin mən düşünürəm ki, ondan sonra da uzatmaq lazım gələcək", - deyə İlham Əliyev bildirib.

 

İlham Əliyev xatırladıb ki, Bakı neftin qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyir və hətta hasilatın azaldılmasına dair öhdəliklərini artıqlaması ilə yerinə yetirir:

 

"Biz həmişə hasilatın azaldılmasını dəstəkləmişik və dəstəkləyirik və öz öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk".

 

Dövlət başçısı əlavə edib ki, çərşənbə axşamı Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdüyünü əlavə edib:

 

"O bizim öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolumuzu yüksək qiymətləndirib və OPEC və qeyri-OPEC-in yaxışlaşmasında mühüm rol oynadığımızı bildirib", - deyə Azərbaycan prezidenti söyləyib

 

© Report

24.01.2018 05:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ